“Sabah” basketbol komandası növbəti transferini elan edib.
Klubdan "Unikal"a verilən məlumata görə, Mayk Holtonla 1 illik müqavilə imzalanıb.
Peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edən ABŞ basketbolçusu zəngin karyeraya malikdir.
Mayk Holton son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər matçda orta hesabla 21 xal toplayıb.
*** 13:51
Ölkəmizi FIBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” komandası heyətini gücləndirib.
Klubdan "Unikal"a verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ basketbolçusu Kivon Devonportu transfer edib.
25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 203 santimetr boya malik basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. O, son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.