Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Gədəbəy rayonunun Arıqdam kəndində baş tutub.
"Unikal" xəbər verir ki, "Səyyar qəbul otağı"nın imkanlarından rayonun Ayıtala, Pirbulaq, Kələman və Hacıalılar kənd sakinləri də yararlanıblar.
Aksiya iştirakçılarının istəyi eyniyönümlü olub. Sakinlər adıçəkilən kəndlərin qazlaşdırılması ilə bağlı müraciətlərini ünvanlayıblar.
Səsləndirilən hər bir müraciət Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinin məsul şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.