Növbəti həftə (28, 30, 31 avqust və 01 sentyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
"Unikal" xəbər verir ki, aksiya həftənin 1-ci günü Cəlilabad rayonunda (Cəlilabad şəhəri, Əhməd Məmmədov küçəsi), 3-cü günü Lənkəran şəhərində (Şiləvar kəndi, şəhid Mübariz Həsənov adına orta məktəbin qarşısı), 4-cü günü Yardımlı rayonunda (Ostayr kəndi, şəhid Mahir İmanov adına orta məktəbin qarşısı), 5-ci günü isə Lerik rayonunda (Qələbin kəndi, orta məktəbin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.