Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
"Unikal" xəbər verir ki, siyahı son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilib.
Pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub. Ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi 24.500 xalla 62-ci yerdədir.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür.
“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.