“Laçına səfər etdim, gözəlliyi ilə heyran edir”.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “X”də yazıb.
“İnfrastruktur layihələrinin icra sürəti heyranedicidir. Tədricən həyat işğaldan azad edilmiş ərazilərə qayıdır. Biz həmçinin Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərini yenidən quracaq və onlara həyatı qaytaracağıq”, - deyə paylaşımda qeyd olunub.
Visited #Lachyn. The region impresses with its beauty. The pace of impl-tion of infrastructure projects is impressive. Life is gradually returning to the de-occupied territories. We will also rebuild and bring life back to the territories of🇺🇦temporarily occupied by🇷🇺 pic.twitter.com/eL6UXp6UmT
— Vladyslav Kanevskyi (@V_Kanevskyi) August 26, 2023