Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.
"Unikal"ın məlumatına görə, dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə çay kənarına çəkilən istinad divarı ilə bağlı tapşırıqlar verib.
Prezident İlham Əliyev: Siz bu divarı çəkmisiniz?
Rövşən Rzayev: Bəli, istinad divarları çəkilib.
Prezident İlham Əliyev: İstinad divarı, amma çaya da giriş olmalıdır.
Rövşən Rzayev: Çaya bu bulaqdan ayrıca giriş gedir, bu bulaq tərəfdən, onun arxasından.
Prezident İlham Əliyev: Yox, çaya yaxınlaşmaq üçün. Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər.
Rövşən Rzayev: Baş üstə.