Rusiya ordusu Xerson vilayətinin ərazisini növbəti dəfə atəşə tutub. Nəticədə bir qadın ölüb, bir kişi yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin Telegram kanalında məlumat verib.

"Təəssüf ki, insanlar yaralanıb. 35 yaşlı qadın Rusiya atəşi nəticəsində dünyasını dəyişib, daha bir yerli sakin isə xəsarətlə xəstəxanaya çatdırılıb".