Rus məktəblərində Aleksandr Puşkinin, Mixail Lermontovun, Nikolay Qoqolun və qızıl dövrün digər klassiklərinin əsərləri ədəbiyyat üzrə vahid dövlət imtahanından çıxarılıb.

"Unikal" azvision-a istinadən xəbər verir ki, bu barədə Federal Pedaqoji Ölçülər İnstitutu tərəfindən nəşr olunan vahid dövlət imtahanının demo versiyasında göstərilib. Həmçinin Aleksandr Qriboyedov, Vasili Jukovski, Denis Fonvizin, Mixail Derjavin və "İqor alayı haqqında söz" hazırlıq proqramından çıxarılıb.

Əvəzində Vahid Dövlət İmtahanına Böyük Vətən Müharibəsi dövrünə aid şeir və nəsrin, o cümlədən Aleksandr Fadeyevin “Gənc qvardiya” romanının, Rusiya xalqlarının ədəbiyyatı bölmələrinin əlavə edilməsi təklif edilir.