Türkiyənin cənubundakı Karaman vilayətində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 26 nəfər xəsarət alıb.

"Unikal" bu barədə türk mətbuatına istinadən xəbər verir. Bildirilir ki, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik avtobusda hansı ölkədən gələn turistlərin olduğu barədə məlumat dəqiqləşdirilməyib