"Heyrətamiz oyun oldu. İsveçə gələndən bunu xəyal edir və gözləyirdim".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı yerli mətbuata açıqlamasında deyib.
58-ci dəqiqədə penaltini boşa verən 21 yaşlı hücumçu het-trik edə bilmədiyi üçün təəssüfləndiyini bildirib: “Əslində, iki gün öncə hazırlıq prosesindən sonra meydanda qalıb, təqribən 20 dəqiqə 11 metrlik cərimə zərbələri üzərində məşq etmişdim. Əlimdən gələni etdim, amma alınmadı. Het-trik etmək ideal olardı, amma iki qol da pis deyil”.
Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.