Futbolçu Lionel Messi ABŞ MLS çempionatında debüt oyunundan sonra jurnalistlərlə ünsiyyətdən imtina etdiyi üçün cəzalandırıla bilər.
“Unikal” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Goal” yazıb.
Nəşrin məlumatına görə, dünya futbol ulduzu “İnter Mayami”də “Nyu-York Red Bulls”a qarşı keçirdiyi ilk matçdan sonra jurnalistlərlə danışmayıb.
"MLS qaydaları bildirir ki, oyunçular oyundan sonra müsahibələr üçün hazır olmalıdırlar", - məlumatda deyilir.
Qeyd edək ki, bu görüşdə 36 yaşlı hücumçu 60-cı dəqiqədə meydana daxil olaraq 89-cu dəqiqədə yekun hesabı müəyyənləşdirib.
2:0 hesablı qələbə sayəsində “İnter Mayami” sonuncu pillədən (29) 27-ci pilləyə yüksəlib.
Nuranə Abbasova