Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə səbəbindən prospektdən üzü mərkəz istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.