ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,04% artaraq 1 barelə görə 85,27 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04% artaraq, 81,66 dollar olub.