Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində baş verən yanğın nəticəsində ölənlərin sayı 73-ə çatıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, 73 nəfər ölüb, 52 nəfər yaralanıb.

Bildirilir ki, yanğın baş verən binada insanlar qeyri-qanuni yaşayıb.

*** 10:46

Cənubi Afrika Respublikasında hündürmərtəbəli binada baş verən yanğında 52 nəfər ölüb, daha 43 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Yohannesburq şəhər meriyası X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Yanğın şəhərin biznes hissəsində - Delvers və Alberts küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli binada baş verib.

Yanğının səbəbi hələ müəyyən edilməyib. 

***10:01

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində hündürmərtəbəli binada güclü yanğın baş verib.

“Unikal” “Röyters”ə istinadən xəbər verir ki, baş verən yanğında 47 nəfər ölüb.

Daha 43 nəfər isə yanıq xəsarətləri alıb. 

Nuranə Abbasova