"Vaqner qrupu"nun komandiri, Yevgeni Priqojinin “sağ əli” sayılan Dmitri Utkin Moskva yaxınlığındakı Mıtişidə dəfn edilib. 

“Unikal” Rusiya Teleqram kanallarına istinadən xəbər verir ki, mərhumun ailəsi mərasimin mətbuat olmadan keçirilməsini xahiş etdiyi üçün qəbiristanlıq hərbi polis tərəfindən mühasirəyə alınıb.

53 yaşlı Utkin "Vaqner"ə qədər polkovnik-leytenant rütbəsi olan Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı zabiti vəzifəsində çalışıb.

O, Priqojinlə birlikdə qəzaya uğrayan “Embraer Legacy 600” təyyarəsinin göyərtəsində olub. 

Nuranə Abbasova