Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət sahəsində qalmaqda olan erməni separatçılarının "dövlət naziri" Qurgen Nersisyan istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. O, artıq istefa ərizəsini yazaraq separatçıların liderinə verib. 

Qeyd edək ki, Nersisyan Rusiyanın Qarabağa göndərdiyi erməni milyarder Ruben Vardanyanı əvəz etmişdi. 

Hazırda terrorçu rejimin lideri Arayik Arutyunyanın da istefa verməsi gözlənilir. 

Ağarza Elçinoğlu