Rusiya "Sarmat" strateji raket kompleksini döyüş hazırlığı vəziyyətinə gətirib. 

"Unikal" xəbər verir ki, bu barədə "Roskosmos"un rəhbəri Yuri Borisov bildirib. 

""Sarmat" strateji raket kompleksinin ekipajı döyüş növbəsinə daxil olub", - deyə qeyd olunub. 

Qeyd edək ki, "Sarmat" ağır çoxpilləli maye yanacaqlı qitələrarası ballistik raketdir. O, 10-15 min km məsafəyə qədər uça bilir. 

Ağarza Elçinoğlu