“Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
"Unikal" xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Kipr “Anortosis”ində çıxış etmiş Çad millisinin üzvü Kasmir Ninqa ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı cinah hücumçusu “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, təcrübəli oyunçu karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa) və “Sivasspor” (Türkiyə) kimi klublarda da çıxış edib.