Misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, milyarder Londonun mərkəzi məscidində dəfn edilib.
Məhəmməd Əl-Fayed 1960-cı illərdə Britaniya paytaxtına köçüb. O, daha çox “Harrods” univermağının və “Fulham” Futbol Klubunun keçmiş sahibi kimi tanınırdı. Əl-Fayed 2010-cu ildə mağazanı satıb, 2013-cü ildə isə idman komandasından ayrılıb.
Qeyd edək ki, milyarderin oğlu Dodi Əl-Fayed şahzadə Diana ilə sevgili olub. O, 1997-ci ildə Parisdə qalmaqallı avtomobil qəzasında dünyasını dəyişib.
Nuranə Abbasova