Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo rəsmi oyunlarda 850-ci qolunu vurub.

"Unikal" xəbər verir ki, hücumçu yubiley topunu "Əl-Həzm"lə səfər oyununda vurub. Səudiyyə Ərəbistanı çempionatının V turunun görüşü 1:5 hesabı ilə başa çatıb.

Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur.