Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə, o, Tehranda iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.
Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Suriya və Liviya kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb.

xxx

14:40

Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abdullahiyan İran Xarici İşlər Nazirliyində görüşüblər.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gələn Fidanı İran Xarici İşlər Nazirliyində iranlı həmkarı Abdullahiyan qarşılayıb.
Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.

Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.