Qreta Gerviqin “Barbi” komediyası həftəsonu qlobal kassada qazancını 1,36 milyard dollara çatdıraraq 2023-cü ilin ən çox gəlir gətirən filmi olub.
"Unikal" xəbər verir ki, o, 1,358 milyard dollar gəlir əldə edən “Super Mario Bros. Movie” cizgi filmini geridə qoyub.
21 iyul 2023-cü ildə premyerası baş tutan “Barbi” cəmi 17 gün ərzində kinoprokatda milyard dollarlıq həddi keçib. Bu, “Warner Bros” üçün ən uğurlu startdır.
Ekran əsəri, eyni zamanda qadın rejissorun indiyə qədər ən çox gəlir gətirən filmidir.