Ermənistanın baş naziri Paşinyan təhlükəsizlik sahəsində Rusiyadan asılılığı səhv adlandırıb.

"Unikal" xəbər verir ki, baş nazirin sözlərinə görə, Ermənistan strateji təhlükəsizliyin qurulmasında təkcə Rusiyaya arxalanmamalıdır. Paşinyan qeyd edib ki, ölkə bu səhvin “acı meyvələrini dadıb”.

Siyasətçinin sözlərinə görə, İrəvan hazırda təhlükəsizliyini diversifikasiya edir.

Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, regionda baş verən "humanitar böhran" fonunda Qarabağın 120 min sakininin həyatı və təhlükəsizliyi sual altındadır.

22:23

Ermənistanın baş naziri Paşinyan təhlükəsizlik sahəsində Rusiyadan asılılığı səhv hesab edir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.