Yaponiya hakimiyyəti keçmiş baş nazir Şinzo Abenin öldürülməsində  əlin olan dini təşkilat Birləşmə kilsəsinin fəaliyyətini araşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bu təşkilatın fəaliyyətinin bütün təfərrüatlarını müəyyən etmək üçün sistemli şəkildə məlumat toplayırıq".

Xatırladaq ki, qətl 2022-ci il iyulun 8-də Nara şəhərində seçki mitinqində baş verib. Şinzo Abe improvizə edilmiş cihazla kürəyindən vurulub. Hücum edən şəxs polis tərəfindən saxlanılıb, onun 41 yaşlı Tetsuya Yamaqami olduğu üzə çıxıb.

Gülayə Mecid