Qazaxıstan Milli Bankının rəhbəri Qalimjan Pirmatovu vəzifəsindən azad edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri Kasım-Jomart Tokayev sərəncam imzalayıb. 

"Dövlət başçısının sərəncamı ilə Pirmatov Qalimjan Oljaeviç Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilib", - məlumatda deyilir.

Qeyd edək ki, Pirmatov 2022-ci ilin fevralından Milli Bankın rəhbəri vəzifəsinə təyin edilmişdi. 

Gülayə Mecid