Brent markalı neftin qiyməti 0,5% bahalaşıb.
“Unikal” xəbər verir ki, yanvarın 23-dən bəri ilk dəfə “qara qızıl”ın qiyməti bir barelə görə 89 dolları ötüb.
Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 88,99 dollar təşkil edib.
WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,51% artaraq 86 dollar/barel təşkil edib.