Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil. 

"Unikal" xəbər verir  ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında  deyib. 

"Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, - Peskov jurnalistlərə bildirib.

O, “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağa çağırıb ki, onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər.

Gülayə Mecid