Ukrayna silahlı qüvvələri üç aylıq əks-hücum əməliyyatı ərzində heç bir istiqamətdə məqsədlərinə nail olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. 

Onun sözlərinə görə, bu müddət ərzində Ukrayna silahlı qüvvələri 66 min hərbçi və 7,6 min ədəd silah itirib: "Rusiya hərbçiləri bütün təmas xətti boyunca fəallığını davam etdirir. Böyük itkilərə baxmayaraq, Kiyev rejimi üçüncü aydır ki, qondarma əks-hücum əməliyyatı keçirməyə çalışır. Ukrayna silahlı qüvvələri heç bir istiqamətdə öz məqsədlərinə çatmayıb".

Ağarza Elçinoğlu