Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı "B" planı var.
"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı bildirib.
Nazir dəhlizin 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaların tərkib hissəsi olduğunu deyib: "2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli bəyanatları əsasında üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Üç ilə yaxındır ki, işlər gedir".
Bayramovun sözlərinə görə, yekun anda Ermənistan birdən-birə yeni nəsə ortaya qoyur ki, bu da prosesi yenidən dalana aparır: "Azərbaycan "B" planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda o, sadəcə olaraq benefisiarlar siyahısından kənarda qalacaq".
Ağarza Elçinoğlu