BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Yer kürəsi 2023-cü ilin yayında rekord sayda ən isti üç ay yaşayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib. 

"Planetimiz tarixin ən qaynar mövsümünü keçirdi", - deyə Quterreş bildirib. 

O xatırladıb ki, dünyada iqlim böhranı başlayıb və bu, birgə səylərin gücləndirilməsini tələb edir.

Meteorologiya təşkilatının məlumatına görə, avqust 2023-cü ilin iyulundan sonra qeydə alınan ən isti ikinci ay olub. Kopernikin hesablamalarına görə, avqust ayında havanın temperaturu sənayedən əvvəlki orta göstəricilərlə müqayisədə 1,5 dərəcədən çox artıb. 

Həmçinin, avqust ayında dünya okeanlarının səthinin rekord orta temperaturu qeydə alınıb - 20,98 Selsi dərəcə.