Futbol üzrə Ermənistan milli komandası Türkiyəyə yollanıb.

"Unikal" xəbər verir ki, ukraynalı Aleksandr Petrakovun rəhbərlik etdiyi komanda sentyabrın 8-də Avro-2024-ün seçmə turnirində Türkiyə yığması ilə qarşılaşacaq, sentyabrın 11-də isə İrəvanda xorvatları qəbul edəcək.

V turun Türkiyə-Ermənistan oyunu sentyabrın 8-də Əskişəhər şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Türkiyə - Ermənistan matçını Daniele Orsatonun başçılıq etdiyi italiyalı hakimlər idarə edəcək. Ona Ciro Carbone və Alessandro Gialatini kömək edəcək. Dördüncü hakim funksiyası isə Antonio Rapuanodur.

Ağarza Elçinoğlu