Sentyabrın 8-də baş tutacaq Türkiyə-Ermənistan oyunu öncəsi Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı qərar verilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar qəbul edib.
Bildirilib ki, artıq Əskişəhərin Atatürk Stadionunda oynanılacaq oyun öncəsi polisə bu barədə tapşırıq verilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Əskişəhər Azərbaycanlıları Dərnəyi sözügedən məlumatı təsdiqləyib.
Qərar Türk vətəndaşlarının hiddətinə səbəb olub. Onlar artıq bu qərara qarşı kampaniyaya başlayaraq Azərbaycan bayrağının müqəddəs olduğunu və bayrağın sözügedən oyunda qaldırılacağını açıqlayıblar.
Qeyd edək ki, 2009-cu ildə də Bursa şəhərində Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağının qadağan edilməsi böyük skandala səbəb olmuşdu.
Ağarza Elçinoğlu