Dünyaca məşhur ifaçı Freddi Merkurinin royalı şəxsi əşyaları arasında rekord məbləğə - 2,2 milyon dollara satılıb.

"Unikal" TASS-a istinadən  xəbər verir ki, sənətçiyə məxsus şəxsi əşyalardan ibarət kolleksiyanın yer aldığı satışı “Sotheby's” hərrac evi keçirib.

Eyni zamanda, Freddi Merkurinin dəridən olan geyim dəsti 18 min dollara satılıb.

Hərracda satılan piano 1975-ci ildən 1991-ci ilə qədər musiqiçidə olub.