Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında dizindəki zədə səbəbindən yarışdan imtina edib.

Azərbaycan Ağır Atletika Federasiyasından “Unikal”a verilən məlumata görə, körpücük üzərinə çıxan İsa Rüstəmov çıxıb 67 kq çəki dərəcəsində yarışıb.

Atletimiz dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kq) sonra yarışdan imtina etmək qərarına gəlib.