"Rusiyanın Ermənistandakı səfirliyi rusiyayönümlü bloger və fəal Mika Badalyanın və “Sputnik Ermənistan” agentliyinin köşə yazarı Aşot Gevorkyanın saxlanmasından xəbərdardır".

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir. 

“Biz xəbər agentliyinin redaktorları ilə əlaqə saxlayırıq. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq və baş verənlərin şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq”, – səfirlikdən bildirilib. 

Nuranə Abbasova