Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarını salamlayarkən bildirib ki, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini qəbuledilməz hesab edir.

"Unikal"  REN TV-yə istinadən xəbər verir ki, o, həmçinin “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan və bloger Mikael Badalyanın saxlanmasını ölkələr arasında münasibətləri qaralmağa yönəlmiş təxribat adlandırıb.

Bundan əlavə, Zaxarova Ermənistanda Rusiyanı gözdən salmaq, həmçinin KTMT və Aİİ-yə "ləkələmək" gündəliyi ilə çıxış edən qərbyönlü media strukturlarının artmasına diqqət çəkib.  Diplomat qeyd edib ki, Ermənistanın qanunu pozmayan rus fiqurlarını ölkəyə buraxmaqdan imtina etməsi  İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur.

Gülayə Mecid