“Kontakt” mağazalar şəbəkəsi ənənəsinə sadiq qalaraq bu il də yeni tədris ili ərəfəsində ucqar dağ kəndlərində yaşayan məktəbliləri sevindirəcək.

"Unikal" xəbər verir  ki, yaşayış yerindən, imkanlarından asılı olmayaraq hər kəsə bərabər təhsil imkanları arzulayan şəbəkə sentyabrın 10-dan oktyabrın 10-dək mağazalarında satılan bütün notbukların satışlarından əldə olunan gəlirlərin bir hissəsini ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunmasına sərf edəcək.

Aztəminatlı ailələrə sevinc daşıyacaq bu xeyriyyə aksiyasına qoşulmaq üçün siz də oktyabrın 10-dək arzuladığınız notbuku məhz “Kontakt” mağazalarından ala, məktəblilərin təhsil imkanlarının yaxşılaşdırılmasına qatqı edə bilərsiniz. Layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.   

Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.

Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: “Apple”, “Acer”, HP , “Huaweı”, “Asus” və “Lenovo” brendlərinə təşəkkürünü bildirir.