Braziliyanın cənub bölgəsində davam edən tropik qasırğada həyatını itirənlərin sayı 40-a çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tropik fırtınanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ötən həftənin həftə sonundan bu yana 40 nəfər ölüb. Rio Qrande do Sul bölgəsində 900-dən çox xilasedicinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

Rəsmilər Rio Qrande do Sul bölgəsində 67 qəsəbənin şiddətli tufan və daşqınlardan ziyan gördüyünü, 3000-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.