“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, klubun səhifəsində paylaşılan məlumatda qapıçıya xidmətlərinə görə təşəkkür edilib. 

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. Onun “Adan Demirspor” klubu ilə müqavilə imzalayacağı gözlənilir.