Bir sıra şəhər və rayonlara içməli suyun verilməsində fasilə yaranacaq. 

"Unikal" xəbər verir bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Bildirilb ki, son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.