Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə Xaçmaz rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
*** 18:35
Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.
Araşdırma aparılır.