Məşhur sülh carçısı fotojurnalist Reza Deqatinin silsilə sərgiləri Fransanın regionlarında davam edir.

"Unikal" xəbər verir ki, Bretany regionunun Vannes şəhərində fotojurnalistin “Sükutun dərinliyi” adlı sərgisinin açılışı olub. 

R.Deqatinin sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ilə ictimaiyyətə əsl həqiqətləri çatdırır.

Reza Deqati Azərbaycanın 30 illik işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır. O, sərgiləri çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə də Azərbaycan reallıqlarını sənətsevərlərə ötürür.

Onun sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. R.Deqatinin sərgiləri yay fəslində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.