Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi, ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi gecikir.

"Unikal"  xəbər verir ki, Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda gözləyir. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi göstərilir.

Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.

Xatırladaq ki, “Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.