Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Allahverdiyev Şəmsəddin Əvəz oğlunun Xocavəndin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Mahmudlu kəndində torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, şəhid Şəmsəddin Allahverdiyevin nəşi ailəsinin yaşadığı “Qayıdış” qəsəbəsindəki evə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq, şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi dəfn üçün Füzuli rayonunun Mahmudlu kənd qəbiristanlığına gətirilib.Şəhid Şəmsəddin Allahverdiyev torpağa tapşırılıb.

Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.