Zonquldak vilayətinin Ereyli rayonunda mədəndə baş vermiş çökmə nəticəsində 1 nəfər həyatını itirib. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altından 4 işçi çıxarılıb.

Səhiyyə naziri Fahrettin Koca bildirib ki, 6 yaralı var. Yaralılar xəstəxanaya çatdırılıb. Mədəndəki çökməsinə partlayışın deyil, tavanın çökməsinin səbəb olduğu bildirilir.

*** 16:39

Türkiyənin Zonquldak vilayətinin Ereyli rayonunda yerləşən mədəndə çökmə baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər xəsarət alıb: "Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.