Azərbaycanda boşananların sayı artıb.

Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 6,1-dən 4,9-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.