Bir qrup şəxs Beynəlxalq Olimpiya Komitəsindən (BOK) İranı idmanda ayrı-seçkiliyə yol verməmək prinsipini pozduğuna görə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirakdan kənarlaşdırmağı xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumatda bildirilir ki, İranda qadınların güləş, boks, üzgüçülük, voleybol və gimnastika ilə məşğul olması qadağandır.
Səlahiyyətlilər bu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsi ilə də əlaqə saxlamaq niyyətindədirlər.