Qazaxda Ermənistan silahlı qüvvələri tərəfindən ötən il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalanların xatirəsi alınıb. 

“Unikal” xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri şəhidlər baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun və gizir Azad  Kərimovun məzarlarını ziyarət ediblər. 
Qəhrəman şəhidlərin məzarı başında ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilərək Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.

İcra başçısı Rəcəb Babaşov şanlı Azərbaycan Ordusu tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin qisaslarının alındığını və qanlarının yerdə qalmadığını bildirib. Bu gün xalqımızın  qəhrəman oğullarımızla fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib, qəhrəmanlarımızın heç vaxt unudulmayacağını qeyd edib.