Bu gün Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Unikal"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Sabunçu ümumi” ölçü qovşağının baypas xətti üzərində quraşdırılmış siyirtmənin təmiri ilə bağlı sentyabrın 14-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Sabunçu qəsəbəsinin, 2-ci Mədən, Şəhər şosesi, Stansiyayanı ərazilərinin və E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, M.Hüseynzadə , H. Araslı, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, T.Ələkbərov, Ə.Cavad, X. Natavan küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.