Ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri Həsənov Elgün Elşad oğlu dəfn edilib.

"Unikal" xəbər verir ki, o, Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb.

***

11:23

Ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularımızdan biri Həsənov Elgün Elşad oğlunun nəşi Binə qəsəbəsindəki evinə gətirilib.

"Unikal"ın məlumatına görə, hazırda Elgün Həsənovla vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, qəzada həlak olan 3 hərbçimizə şəhid statusu veriləcək.

Fotolar: Ayxan Məlikov

Şəhidimiz Bakıda dəfn olundu - FOTOLAR (YENİLƏNİB)